Monthly Archives: December 2018

Gələn il keçiriləcək imtahanlar açıqlanıb

2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək. Davamı

19.12.2018

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri üçün növbəti şənlik proqramı təşkil edib. Xətai rayonundakı idman-əyləncə park kompleksində təşkil olunan budəfəki əyləncə Yeni il bayramı ərəfəsinə təsadüf edib. Uşaqlar dostları ilə birlikdə parkda quraşdırılan Yeni il yolkası ətrafında, fayton, avtobus, qatar və digər attraksionlarda maraqlı gün keçiriblər, müxtəlif yarışlarda iştirak ediblər. Davamı

17.12.2018

Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 14-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar. Davamı

17.12.2018

Bakıda eksternat qaydasında imtahanlara sənəd qəbulu başa çatır

Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 14-də başa çatır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ərizələri ŞTİ tərəfindən qəbul edilmiş eksternlər 20-21 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Davamı

13.12.2018