Monthly Archives: October 2018

Ekspertlər: “Tezliklə istehsal müəssisələrində qabaqcıl standartlar tətbiq olunacaq”

Oktyabrın 16-da “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təlimlərə start verib. Davamı

16.10.2018

Allah rəhmət eləsin!

Oktyabrın 15-də yazıçı, publisist, dramaturq, jurnalist, esseist Yusif Abbas oğlu Kərimov vəfat edib. Uzun illər ədəbi yaradıcılığı jurnalistlik fəaliyyətilə paralel davam etdirmiş Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə də tanınıb, ədəbi-bədii prosesin seçilmiş nümayəndələrindən birinə çevrilib. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə özünə layiqli yer tutur. Davamı

15.10.2018

Azərbaycan möhkəm ictimai-siyasi sabitlik əmsalına görə postsovet məkanında birinci yerdədir

İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Davamı

12.10.2018

Dövlət başçısı Qubada bir sıra yeni obyektlərin açılışını edib

Bu gün, oktyabrın 11-də dövlət başçısı və xanımı Quba rayonunda istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak ediblər. İlk əvvəl Azərbaycan Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışını edib. Davamı

11.10.2018