Avropa Şurası Parlament Assambleyası təşkilat tərəfindən Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı açıqlama yayıb. APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, 33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Riçard Badea sədrlik edir. Davamı
Monthly Archives: April 2018
Akkreditə olunmuş yerli müşahidəçilərin sayı 57 mini ötüb
Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb. MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub. Davamı
Aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. DİM-dən APA-ya verilən məlumata görə, hər bir abituriyent Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Davamı
MSK: Akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 900 nəfərə çatır
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb. Davamı
Azərbaycanda prezident seçkilərini müşahidə edən Bolqarıstan QHT-si aralıq hesabatını açıqlayıb
Bolqarıstanın Azərbaycanda prezident seçkilərini müşahidə edən GİSDİ – Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü aralıq hesabatını açıqlayıb. Təşkilatdan APA-ya verilən məlumata görə, hesabatda qeyd edilir ki, prezident seçkilərinin keçirilməsi üçün 15 namizəd irəli sürülüb, onların müraciətləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib, onlardan 8 nəfərin namizədliyi qeydə alınıb. Davamı