Monthly Archives: April 2018

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliynin 2018-ci il 11 aprel tarixli Prezident seçkiləri zamanı keçirdiyi «Ekzit-poll» tədqiqatının ilkin nəticələri

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi aprel ayının 11-də keçirilmiş Prezident seçkilərində ölkə ərazisinin 300 seçki məntəqəsində «Ekzit-poll» tədqiqatını həyata keçirmişdir. Seçki məntəqələrinin seçimi sosiologiyada qəbul edilmiş və dünyanın bir çox ölkəsində tətbiq edilərək sınaqdan çıxmış riyazi proqrama əsasən aparılmışdır. Nəticədə seçimə düşən 300 məntəqə ölkə ərazisində olan bütün seçki dairələrini (Naxçıvan MR istisna olunmaqla) əhatə etmişdir. Ekzit-poll tədqiqatında iştirak etmiş seçici fəallığı 68,7% təşkil etmişdir. Davamı

11.04.2018

“Ekzit-poll” davam edir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 85 supervayzer, 600 intervüerin iştirakı ilə ölkə ərazisindəki 118 seçki dairəsinin 300 məntəqəsinin çıxışında həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı uğurla davam edir. Yerlərdən əldə etdiyimiz məlumatlara əsasən seçicilər sorğuda həvəslə iştirak edir, anonim şəkildə anketlərdəki sualları cavablandırırlar. Bu hal daha çox regionlarda nəzərə çarpır. Əvvəlki “Ekzit-poll” tədqiqatlarında olduğu kimi bu dəfə də Bakı seçiciləri ilə müqayisədə regionlarda yaşayanlar “Ekzit-poll” da daha fəal şəkildə iştirak edirlər. FOTOQALEREYA Davamı

11.04.2018

“Ekzit-poll” – 10:00

Aprelin 11-də saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 118 seçki dairəsinin 300 məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 10.00 olan məlumata görə, “ekzit-poll”da seçicilərin 17,73%-i iştirak edib. FOTOQALEREYA Davamı

11.04.2018

Bu gün Azərbaycanda prezident seçkiləridir

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, bu il fevralın 5-də prezident İlham Əliyev Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Fevralın 6-da MSK-nın qərarına əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib. Davamı

11.04.2018