2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə martın 19-da Mərkəzi Seçki Komissiyasında püşkatma keçirilib. Davamı
Monthly Archives: March 2018
Prezident İlham Əliyev bayram tonqalını yandırdı
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Qız qalasının qarşısındakı meydana gələn dövlət başçısı və xanımını ilk olaraq Bahar qız qarşılayıb və səməni təqdim edib. Sonra ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Davamı
Azərbaycan prezidenti Vladimir Putini Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir: “ Hörmətli Vladimir Vladimiroviç. Rusiya Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir. Davamı
Prezidentliyə namizədlərə həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq
Mərkəzi Seçki Komissiyasının martın 17-də keçirilmiş iclasında aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. Davamı
Bu gün Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır
Martın 19-da 2018-ci il prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Davamı